Aktyor: “Cesika adlı itin ad günündə tamada olmuşam, axırda it...”

saytların hazırlanması

Evə çatdırılma

Aktyor: “Cesika adlı itin ad günündə tamada olmuşam, axırda it...”

Şou

01 Sentyabr 2024 12:17 512


Tanınmış bloger və aktyor Kamran Razmovar Baku TV -nin məşhur layihəsinin qonağı olub.

Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, o, aparıcı Kamran Ağabalayevin suallarına cavab verərkən həyatına dair çox maraqlı detalları açıqlayıb.

Bəlli olub ki, Kamran Razmovar erkən gəncliyində Bakıda dondurma satıb və ruzusunu bu cür qazanıb. Xalq artisti Yaşar Nuri ilə rastlaşması isə onu aktyorluğa gətirib. Universiteti bitirəndən sonra Gənc Tamaşaçılar və Axundov adına Rus Dram Teatrlarının aktyoru işləyib. Dominos pizza

Bu sənətdə də pul olmadığından, Razmovar tamadalığa başlayıb. Seyr edəcəyiniz bu videoda da özünün dediyi kimi, bu sənətdə də başına qəribə hadisələr gəlib. Məsələn, bir bəyin iki evlilikdə də tamadası olub. Ən kuryoz hadisə isə Bakıda "Cesika" adlı itin 10 illik yubileyində tamada olmasıdır. Bəlli olur ki, itin ad gününə hətta Rusiyadan da hörmətli qonaqlar gəlibmiş. Sonda "Cesika" doğum günü tortunun şamlarını da söndürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!