Aktyor: Deyirlər, marketlərdəki düyülər plastikdən hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Aktyor: Deyirlər, marketlərdəki düyülər plastikdən hazırlanır

Şou

05 Fevral 2025 14:24 335


"Dostlar, gündəlik mövzularınızdan uzaq da fikir bildirməyinizi xahiş edirəm. Deməli, mən uşaq vaxtı düyünü çox sevirdim. Ən çox sevdiyim yemək aş və dovğa idi. Son 4-5 ildə artıq düyünün dadını itirdim və gözümdən düşməyə başladı. Heç düyü iyi də gəlmirdi artıq". 

Yenisabah.az xəbər verir ki, bunu aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. 

O, marketlərdə satılan düyünün plastikdən hazırlandığını iddia edib:  Toyuqlu pizza

"Evdən-eşikdən uzaq, o gün Masallıda bir yas yerinə getmişdim. Yasda əsl düyüdən plov verirdilər. Yedim, köhnə illərdəki düyünün dadı qayıtdı. 5-6 nəfərlə artıq bu barədə danışmışam, deyirlər, marketlərdəki düyülər plastikdən hazırlanır, ay nə bilim sellofan qarışığı olur. Əgər belədirsə, bu, ciddi ittihamdır". 

Rəsulov bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib: 

"Bəs AQTA niyə bizim qidamızın təhlükəsizliyini qorumur o zaman? Ola bilər orada çalışanlar da əsl düyünün dadını bilmir. Müqayisə üçün bir az gətirib idarədə saxlasınlar, sonra hamısını yoxlasınlar, görək bu nə oyunlardır başımıza açırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!