“Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın...“

saytların hazırlanması

Evə çatdırılma

“Aktyor kimə yaltaqlanmalıdır ki, meyiti öz evindən çıxsın...“

Mədəniyyət

12 Yanvar 2022 16:46 2614


Aktyor Kamran Ağabalayev bir neçə gün öncə dünyasını dəyişən həmkarı - Əməkdar artist Nopvruz Qartal barədə danışıb.

Yenisabah.az xəbər verir ki, o, həmkarının nəşinin qızının evindən çıxmasına münasibət bildirib:

"Novruz Qartalın nəşi özü kirayədə qaldığı evdən yox, qızının kirayədə qaldığı evdən çıxıb. Səbəb? Ev yiyəsi evində meyit istəməyib. Anladıq. Siz mənə başqa şeyi başa salın, kimə və necə yaltaqlanmaq lazımdır ki, aktyoru adam yerinə sayan olsun... Meyiti öz evindən çıxsın, marketə borcu olmasın, həftədə bir dəfə müşahidə üçün restoranda otura bilsin. Kimlərə yaltaqlanmaq lazımdır?". Pepperoni pizza

Qeyd edək ki, Novruz Qartal xərçəngdən əziyyət çəkirdi. Aktyor yanvarın 8-də dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!