Aktyor, KVN-çi, polkovnik... -   Cabir İmanovla bağlı maraqlı faktlar

saytların hazırlanması

Evə çatdırılma

Aktyor, KVN-çi, polkovnik... - Cabir İmanovla bağlı maraqlı faktlar

Sosial

29 Sentyabr 2025 15:00 11664


Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov dünyasını dəyişib. Tanınmış aktyor ürəktutmasından vəfat edib.

“Yeni Sabah” əməkdar artistin həyatı ilə bağlı önəmli nüansları təqdim edir:

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. Atası AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanov, babası isə məşhur xalq artisti, bəstəkar Süleyman Ələsgərovdur. pizza sifarişi

Mərhum sənətçi 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib.

1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. DTX Mədəniyyət mərkəzinin rəisi idi.

1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Cabir İmanov 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.

O, aktyor Tahir İmanovun qardaşıdır.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlayda
    Allah rəhmət eləsin yeri cənnət olsun Amin
    8 months ago