Aktyorun ölüm xəbərinin yayılma səbəbi bu imiş

saytların hazırlanması

Evə çatdırılma

Aktyorun ölüm xəbərinin yayılma səbəbi bu imiş

Şou

28 Oktyabr 2024 10:36 480


Bir neçə gün əvvəl öz sosial şəbəkə hesablarında ölüm xəbəri paylaşılan aktyor Ruslan Sabirli sosial şəbəkə hesabında canlı yayım açaraq məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, sənətçi telefonunun oğurlandığını və onunla bağlı belə bir paylaşım edildiyini deyib:

"Telefonumu ya oğurlayıblar, ya da itimişəm və kimsə tapıb. Həmin gün bir neçə tədbirdə olmuşam. Amma necə olub ki, telefon götürülüb, bilmirəm. Yaxınlarım bilir ki, telefona parol da qoymuram. Bircə, bank kartlarımın parolunu dəyişdim. Dostlarımın telefonu ilə mesaj yazırdıq. Telefonumda intim yazışmalar, fotolar axtarıblar tapmayıblar. Mənə belə bir zərbə vurdular. Anam üçün qorxurdum. Saytlar yazmışdı, anam da stress keçirdib. Bütün günümüz ağlamaqla keçdi. pizza mizza

Dostlarım yardım etdi və bir gün sonra telefonumu tapa bildik. Telefonu mənə geri qaytardılar".

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!