Aktyorlar Trampa görə ABŞ-dən QAÇDI

saytların hazırlanması

Evə çatdırılma

Aktyorlar Trampa görə ABŞ-dən QAÇDI

Şou

09 Noyabr 2024 21:39 1436


Donald Tramp seçkilərdə qalib gəldikdən sonra, Riçard Qir və Tom Henks ABŞ-dən qaçıblar. 

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Qir 11 milyon dollara evini sataraq səssizcə naməlum istiqamətə uçub, Henks isə açıq məktub yazaraq nəticələri görən kimi öz-özünə "qaç, Forrest, qaç" dediyini bildirib.

Məktubun sonunda isə siyasi mühacir olduğunu, Oprah prezident olduqda geri dönəcəyini yazıb. Toyuqlu pizza

Henks və Qir Kamala Harrisin seçki kampaniyası zamanı verdikləri vədə əməl edən ilk Amerika ulduzlarıdır.

O zaman Lady Qaqa, Barbra Streisand, Robert de Niro, Taylor Swift, Bono, Jennifer Lopez, Whoopi Goldberg, Julia Roberts, Meryl Streep, Kevin Spacey, Pink, Beyonce, Harrison Ford, George Clooney və John Legend ilə birlikdə Tramp qalib gəlsə, ölkəni tərk edəcəklərinə söz vermişdilər.

Twitter və digər sosial şəbəkələrdə artıq ulduzlarla bağlı zarafatlar edilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!