“Akula Akif” tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Akula Akif” tutuldu

Kriminal

20 İyul 2021 08:31 3388


Hacıqabulda kriminal aləmdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınan şəxslərdən avtomat silah və narkotik vasitə götürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü Akif Ələkbər oğlu Məmmədov saxlanılıb. 

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb. pizza

Şöbə əməkdaşları tərəfindən A. Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!