Alatavadakı qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb

saytların hazırlanması

Evə çatdırılma

Alatavadakı qanunsuz aparılan söküntü işləri zamanı iki nəfər xəsarət alıb

Hadisə

21 Oktyabr 2024 18:49 453


"Bakının Yasamal rayonunun Birinci Alatava yaşayış massivində xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20 oktyabr saat 13:30-da Yasamal rayonu, Alatava ərazisindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən xəsarət alan iki nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb" , - deyə məlumatda bildirilir. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!