Albaniyada parlament seçkiləri keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Albaniyada parlament seçkiləri keçirilir

Dünya

25 Aprel 2021 11:29 729


Bu gün Albaniyada koronavirus pandemiyası fonunda parlament seçkiləri keçirilir.

Yenisabah.az-ın məlumatına görə, 46 siyasi partiya və üç koalisiyanın nümayəndələri respublikanın 140 yerlik ali qanunverici orqanında təmsil olunmaq uğrunda mübarizə aparırlar.

Əsas mübarizə Baş nazir Edi Rama ilə müxalif Lyulzim Başinin rəhbərlik etdiyi koalisiya arasında gedir. Marqarita pizza

Albaniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki hüququna malik 3,6 milyon nəfər 5 mindən çox məntəqədə səs verə biləcək. Bundan başqa, 130 mindən çox şəxs koronavirusa yoluxduğuna görə səs verə bilməyəck.

Eyni zamanda, namizədlərin ən azı 30 faizi qadın olmalıdır. Parlamentdə təmsil olunmaq üçün siyasi birliklərin seçicilərin bir faiz səsini qazanması lazımdır. (Report)

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!