Aldadılan ər arvadının sevgilisini avtomobillə vuraraq öldürdü -   Dəhşətli CİNAYƏT

saytların hazırlanması

Evə çatdırılma

Aldadılan ər arvadının sevgilisini avtomobillə vuraraq öldürdü - Dəhşətli CİNAYƏT

Dünya

25 Aprel 2025 17:03 471


Cənubi Afrikada baş verən qanlı hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Aldadıldığını öyrənən bir kişi həyat yoldaşının sevgilisi olduğunu iddia etdiyi şəxsi avtomobillə vuraraq amansızcasına öldürüb. Cinayət anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər sosial mediada milyonlarla dəfə izlənilib.

Yenisabah.az haberler.com-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə iki kişi arasında şifahi mübahisə yaşanıb. Daha sonra qəzəblənmiş ər maşınına əyləşərək məqsədli şəkildə digər şəxsin üzərinə sürüb. Şahidlər dəhşətli anları şokla izləyiblər. Avtomobilin dəfələrlə kişinin üzərindən keçdiyi bildirilir.

Görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub. Bəziləri bu hərəkəti "vəhşilik" kimi qiymətləndirib, digərləri isə "aldatma ağır nəticələrə səbəb olur" deyə şərhlər yazıblar. Dördpendirli pizza

Cənubi Afrika polisi hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb. Hazırda cinayətin detalları tam açıqlanmasa da, bu hadisə ailədaxili münasibətlərdə yaranan gərginliklərin nə qədər təhlükəli nəticələr doğura biləcəyini bir daha göstərmiş oldu./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!