“Aldanmaq adamı məsuliyyətdən azad etmir”   - Elman Nəsirov

saytların hazırlanması

Evə çatdırılma

“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov

Siyasət

24 Avqust 2020 15:24 1552


Hesab edirəm ki, bu addım Siyavuş Novruzovun öz davranışına adekvat reaksiyasıdır.

Yenisabah.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov həmkarı Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa məktubu yazmasına münasibət bildirərkən deyib. Elman Nəsirovun sözlərinə görə, indiki halda məlum toy qalmaqalı fonunda baş verənlər çox böyük rezonansa səbəb olub:

“Siyavuş müəllim təcrübəli siyasətçidir. Vəzifədən istefa verməklə bağlı addımı yəqin ki, ölçüb-biçdikdən sonra atıb. Onun müraciətindən belə bəlli oldu ki, Ramiz Mehdiyev Siyavuş müəllimi aldadıb. İstənilən halda aldanmağın özü də məsuliyyətdən azad etmir. Aldadan tərəfin özü də məsuliyyət daşıyır. Həmin aldadan tərəfin özü də adekvat cəza ilə üz-üzə qala bilər. Eyni zamanda aldanılan tərəf də cəzalanıb”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!