Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

saytların hazırlanması

Evə çatdırılma

Aleksandr Kurenkov Bakıdan nə ilə döndü?

Siyasət

09 İyul 2025 22:10 4345


Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərindən ciddi nəticə əldə etmədən geri qayıdıb.

Yenisabah.az xəbər verir ki, VÇK-OGPU məlumatlarına görə, Azərbaycan tərəfi əvvəlcədən Rusiyanın ötən ilin dekabrında E190 tipli sərnişin təyyarəsini məhv etməsini rəsmən qəbul etməsini tələb edib. Lakin bu şərtlər qəbul olunmayıb və nəticədə onun ölkə rəhbərliyi ilə planlaşdırılan qeyri-rəsmi görüş baş tutmayıb.

Qeyd olunur ki, Kurenkovun Bakıda olduğu vaxt yerli məhkəmə Rusiyadan olan saxlanılmış jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edib və onlar həbsdə qalmaqda davam edirlər. Bu səbəbdən hazırda heç bir məhbus mübadiləsindən söhbət gedə bilməz. Dominos pizza

Rəsmi səfər proqramına əsasən, Kurenkov Bakı şəhərində dar tərkibdə keçirilən fövqəladə hallar nazirlərinin toplantısında iştirak edib.

Hazırda Kurenkovun Bakı səfərinin başqa nəticələri barədə əlavə məlumat yoxdur./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!