Aleksandr Lukaşenko zəhərlənib - İddia

saytların hazırlanması

Evə çatdırılma

Aleksandr Lukaşenko zəhərlənib - İddia

Maraqlı

15 May 2023 13:01 853


Məşhur ukraynalı jurnalist, televiziya şərhçisi Dmitri Qordon Belarus prezidenti Aleksandr Lukaşenkonun zəhərləndiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat verib.

“Son olaraq demək istəyirəm: Lukaşenko ilə ehtiyatlı olun, mənə elə gəlir ki, o, zəhərlənib. Ona diqqətlə baxın”, - deyə o, yazıb.  pizza

Eyni zamanda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin Belarus prezidentinin səhhətinin pis olduğunu bildirib. Onun sözlərinə görə, söhbət COVID-19-a yoluxmaqdan getmir və Belarus liderinin yəqin ki, istirahətə ehtiyacı var.

Qeyd edək ki, Lukaşenko artıq beşinci gündür ki, rəsmi tədbirlərdə iştirak etmir. Moskvada keçirilən 9 May Qələbə Paradından sonra o, tələsik Minskə gedib və o vaxtdan bəri Belarus lideri ictimaiyyət arasında görünmür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!