Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

Dünya

22 Avqust 2020 09:19 1227


Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya yola salınıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək.

Məlumata görə, təyyarə Omsk Beynəlxalq Hava Limanından yerli vaxtla saat 04: 59-da (Bakı vaxtı ilə - 05:59) uçub. Marqarita pizza

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komada olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!