Türkiyənin gənc ulduzlarından olan Aleyna Tilkinin heykəli hazırlanıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnin mumdan heykəli dünyanın məşhur lider, sənətçi və idmançılarının abidələrinin yer aldığı “Madame Tussauds” Museyinin İstanbul şöbəsində qoyulub.
Onun saç, göz rəngi analiz olunub, ölçüləri alınaraq heykəlin duruşu müəyyənləşdirilib. Bundan başqa Aleyna muzeydəki heykələ geydirilməsi üçün öz geyimlərindən birini bağışlayıb. Dördpendirli pizza
Sözügedən heykəllərin hazırlanması üçün 40 nəfər 8 ay müddətində çalışıb. Mum heykəlin dəyəri isə 200 min dollardır.
19 yaşlı ifaçı bildirib ki, dünyada mumdan heykəli hazırlanan ən gənc insanlardandır.



Telegram kanalımız