Alfonso Dominqes: “Azərbaycan xalqı mənə çox inandı”  

saytların hazırlanması

Evə çatdırılma

Alfonso Dominqes: “Azərbaycan xalqı mənə çox inandı”  

İdman

13 Avqust 2024 11:28 668


"Azərbaycan adını təmsil etmək böyük hissdir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib. 

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan Bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun qarşılığında medal qazandım. Hər birinizə minnətdaram".  Marqarita pizza

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb (AZƏRTAC). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!