“Ali Baş Komandan Paşinyan, Qarabağda özünüz vuruşun!...”

saytların hazırlanması

Evə çatdırılma

“Ali Baş Komandan Paşinyan, Qarabağda özünüz vuruşun!...”

Siyasət

06 Noyabr 2020 08:48 13362


Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Etmənistanı sərt tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o bildirib ki, erməni diaspor liderlərinin övladlarından hansının Qarabağ cəbhəsində döyüşməyə getdiyi barədə social şəbəkədə sual ünvanlayıb. Lakin ona heç bir konkret cavab verilməyib, əvəzində yalnız təhqir və söyüşlər səslənib:

“Bu cür şəxslər tərəfimdən dərhal ömürlük “ban”a göndərildi. Vəziyyət eynidir: Qarabağda özləri döyüşməyə getmək istəmirlər, ancaq Rusiyanı Qarabağda onlar üçün döyüşməyə çağırırlar. Dördpendirli pizza

Əgər Ermənistan 90-cı illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş suveren və müstəqil bir ölkədirsə, özünüz vuruşun və bu əraziləri müdafiə edin (Paşinyan Qarabağın Ermənistan olduğunu söylədi).

Əgər bu əraziləri özünüzdə saxlaya bilmirsinizsə, onda Dağlıq Qarabağla bağlı BMT-nin məlum dörd qətnamələrinin şərtləri ilə Azərbaycanla sülh imzalayın.

Yeri gəlmişkən, Yerevanda dedilər ki, yeni bir müharibə olarsa, erməni ordusu Bakıya çatacaq! Yaxşı, irəli gedin! Lakin erməni hücumunun qalibiyyəti haqqında xəbərlər əvəzinə bir şey eşidirik - bağışlayın, amma olduğu kimi deyəcəyəm - "Türk xüsusi təyinatlıları" və "qara muzdlular" haqqında davamlı ulamalar - lakin cəsədləri göstərmirlər – görünür, cəsədləri də, "suriyalı terrorçular" kimi, Araz bataqlığındakı çöl donuzları yeyiblər.

Uğursuzluqlarınızda Rusiya günahkar deyil – günahkar özünüzsünüz, hörmətli ermənilər. Qarabağ cəbhəsindəki səngərlərdə oturmaq əvəzinə Facebook, Twitter, Telegramdasınız – bu, sizin seçiminizdir. Bu seçimi özünüz etdiniz.

Serj Sarkisyanın dövründə dövlətdəki korrupsiya və dövlətin pullarını oğurlama, Hitlerin əlaltısı Garegin Njdenin İrəvanın mərkəzindəki abidəsi, postsovet məkanındakı ən böyük ABŞ səfirliyi, "rəngli inqilab", Paşinyan və yoldaşları, saysız-hesabsız Amerika QHT-ləri, KTMT-yə p…x atmaq (Xaçaturov işi), Ermənistandakı Rusiya telekanallarını pulsuz şəbəkədən uzaqlaşdırmaq, Rusiya biznesinin təqibindən, Rusiyapərəst siyasətçilərin və Ermənistan Konstitusiya Məhkəməsinin təmizlənməsi – bunları siz özünüz etdiniz, özünüz!

Buna görə də, başda Ali Baş Komandan Paşinyan olmaqla, Qarabağda özünüz vuruşun - bu bizim yox, sizin müharibənizdir!

Şəxsi heç nə yoxdur - yalnız Rusiyanın milli maraqları!

Düşünürəm, anlaşılan dildə izah etdim?".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!