Ali Məhkəmə eks-nazir müavininin  şikayətini təmin etmədi

Ali Məhkəmə eks-nazir müavininin şikayətini təmin etmədi

Digər

29 Noyabr 2022 12:16 471


Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!