Ali Məhkəmədə Arif Alışanovla bağlı iki qərar

saytların hazırlanması

Evə çatdırılma

Ali Məhkəmədə Arif Alışanovla bağlı iki qərar

Kriminal

10 Mart 2021 08:28 1455


Dünən Ali Məhkəmədə "AzTV" QSC-nin keçmiş sədri Arif Alışanovla bağlı iki şikayətə baxılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə "AzPolitika.info"-ya Alışanovun iddiası əsasında 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şamaxı rayon sakini Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva məlumat verib. 

O bildirib ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə atası da iştirak edib: "Prosesdə atamın vəkili İmanqulu Həsənov çıxş edərək, Ş. Əkbərov barəsində verilmiş hökmün ədalətsiz olduğunu, ittihamda göstərilən halların istintaqda və məhkəmədə sübut olunmadığını bildirdi. Atam da öz növbəsində dedi ki, o, A. Alışanova qarşı heç bir cinayət törətməyib, tamamilə günahsızdır. Hakim Fərhad Kərimov ədalətli qərar verdi, cinayət işi ləğv olunaraq Apellyasiya Məhkəməsinə qaytarıldı. Ona sonsuz minnətdarlığımızı bildiririk". pizza mizza

C. Tağıyeva daha sonra bildirib ki, bu gün eyni zamanda Ali Məhkəmədə anası Səlimə Sadıqovanın şikayətinə də baxılıb: "Arif Alışanov atamı həbs etdirdikdən sonra bütün əmlakımızı, hətta ata-baba evimizi, torpaq sahələrimizi zorla əlimizdən alıb. Hazırda yaşamağa yerimiz yoxdur. Çox təəssüf ki, məhkəmə instansiyaları Arif Alışanovun sifarişlərini icra edib. Bu gün ümidimiz vardı ki, Ali Məhkəmə ədalətli qərar verəcək. Amma hakim Aqil Abbasov daha böyük ədalətsizliyə imza atdı".

Onun sözlərinə görə, məhkəmədə A. Alışanov tərəfdən heç kim, hətta vəkili belə iştirak etməyib: "Buna baxmayaraq, hakim anam S. Sadıqovanın şikayətini təmin etmədi. Nəticədə biz bütün əmlakmızdan məhrum olduq. Nə edəcəyimizi, harada yaşayacağımızı bilmirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!