Ali məktəblərə keçid balları artırıla bilər

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə keçid balları artırıla bilər

Sosial

14 May 2025 12:34 232


Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən 10 min nəfərdən çox olmasıdır. 

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu düşüncədədir: 

"Qəbul yerlərinin sayı ötən ilə nisbətən çox olsa da, bu, abituriyentlərdə arxaynlıq yaratmamalıdır. 2024-cü ildə plan yeri 58500 idisə, bu il 65 minə çatması proqnazlaşdırır. Yəni plan yerləri ən azı 5000 nəfər çoxdur. Amma bu trendlərin sayı 10 min nəfərdən artıqdır. Həm də yüksək bal toplayanların sayı keçənilki ilə müqayisədə çoxdur".  Sezar pizza

DİM-dən bildirib ki, yayda ixtisas seçimindən öncə keçid ballarına təsir edə biləcək amillərlə bağlı jurnallar dərc ediləcək. Abituriyent jurnalının 4-cü sayında konkret ixtisaslar üzrə ayrılmış plan yerləri dərc ediləcək. Yəni ümumi plan yerlərinin sayı arta bilər. Amma bu o demək deyil ki, proses bütün ixtisaslara şamil olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!