Ali Rada Gürcüstanın adının dəyişdirilməsini təklif edir

saytların hazırlanması

Evə çatdırılma

Ali Rada Gürcüstanın adının dəyişdirilməsini təklif edir

Maraqlı

27 May 2023 19:00 1044


Ukrayna Ali Radası Gürcüstanın rəsmi olaraq Sakartvelo adlandırılmasını təklif edib. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, qanun layihəsinə izahat yazısında qeyd olunur ki, ölkədə rəsmi səviyyədə, rəsmi yazışma və ünsiyyətdə, eləcə də KİV-də Gürcüstanın əvəzinə Sakartvelo rəsmi və tarixi adı təqdim edilməlidir. Həmçinin gürcü xalqının rəsmi olaraq Kartvellər adlandırılması təklif edilir. 

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini bir-birinə yaxınlaşdırmaqla yanaşı, ölkənin “ruslaşmış” adından da xilas olacaq. pizza

Sakartvelo "Kartvel ölkəsi" - Zaqafqaziyanın avtoxton əhalisi kimi tərcümə olunur. Əksər dillərdə ölkə Gürcüstan dövlətinin latın adından götürülüb.

2021-ci ildə Litva Dili üzrə Dövlət Komissiyası rəsmi olaraq Gürcüstanı Sakartvelo adlandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!