İranın yeni Ali Rəhbəri Müctəba Xamenei xalqa ilk müraciətində İslam Respublikasının qonşularla münasibətlərinə də toxunub.
“Yeni Sabah” xəbər verir ki, o, deyib:
"Son hücumda bəzi hərbi bazalardan istifadə olunub. Təbii ki, biz açıq xəbərdarlıq etdiyimiz kimi və həmin ölkələrə qarşı hər hansı bir təcavüz etmədən yalnız həmin bazalara hücum etmişik. Bundan sonra da məcbur olaraq bu əməliyyatları davam etdirəcəyik. Baxmayaraq ki, hələ də özümüz və qonşularımız arasında dostluğun vacibliyinə inanırıq. Bu ölkələr vətənimizə və xalqımıza qarşı təcavüz edənlərlə bağlı mövqelərini aydınlaşdırmalıdır. Mən tövsiyə edirəm ki, həmin bazaları mümkün qədər tez bağlasınlar, çünki artıq anlamış olmalıdırlar ki, ABŞ-ın təhlükəsizlik və sülh iddiaları yalana əsaslanıb”. Toyuqlu pizza
Aytac Əliyeva
Telegram kanalımız