Ali təhsili olmayan Rüfət Həsənov vəzifəsindən azad olundu

Ali təhsili olmayan Rüfət Həsənov vəzifəsindən azad olundu

Mədəniyyət Veb saytların hazırlanması

11 Sentyabr 2023 13:07 1306


Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub. 

Musavat.com APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib.

Bildirək ki, Rüfət Həsənovla bağlı mediada zaman-zaman dərc olunan xəbərlərdə onun ali təhsilinin olmadığı qeyd olunurdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!