Aliment ödəmək istəməyən şəxsdən AĞLASIĞMAZ ƏMƏL   - 7 il həbs 

saytların hazırlanması

Evə çatdırılma

Aliment ödəmək istəməyən şəxsdən AĞLASIĞMAZ ƏMƏL - 7 il həbs 

Maraqlı

21 Avqust 2024 13:45 1024


Övladına aliment ödəmək istəməyən şəxs ağlasığmaz addım atıb. 

Yenisabah.az xəbər verir ki, olay ABŞ-da gerçəkləşib. Övladına aliment ödəməkdən boyun qaçıran qadın özünü sənədlərdə ölü olaraq göstərib. Belə ki,  Kentukki Baş Prokurorluğundan verilən yazılı açıqlamaya görə, Cessi Kipf ölüm qeydiyyatı sistemini “sındıraraq” başqa bir ştatda bir həkimin istifadəçi adı və şifrəsini oğurlayıb. 

Həkimin məlumatlarından istifadə edərək Havayda ölüm qeydiyyatı sisteminə daxil olan Kipf özü üçün “ölüm şəhadətnaməsi” hazırlayıb və məlumatını oğurladığı həkimin rəqəmsal imzası ilə bu sənədi imzalayıb. pizza sifarişi

Kipf bir neçə hökumət məlumat bazasında özünü “ölü şəxs” kimi təqdim etdiyini etiraf edərək, bunu “qismən uşaq dəstəyi öhdəliklərindən qaçmaq üçün” etdiyini deyib.

Müxtəlif ştatlarda ölüm qeydiyyatı sistemlərini, özəl biznes və ictimai şəbəkələri də “sındıran” Kipf bu şəbəkələrə giriş məlumatlarını başqalarına da satmağa çalışıb.

Özünü ölü kimi təqdim edən şəxsə təxminən 7 il həbs cəzası verilib.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!