Kanadalı alimlər, ölkədəki əsrarəngiz bir beyin xəstəliyi ilə üzləşdiklərini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, ölkədə 43 nəfərdə görülən və “dəli dana” xəstəliyinə bənzədilən bu xəstəlik səbəbilə 5 nəfər həyatını itirib. Xüsusilə Nyu-Brunsvik bölgəsində rast gəlinən xəstəliyin inkişaf mərhələsində yaddaş itkisinə və halüsinasiyaya səbəb olduğu qeyd edilib.
Bildirək ki, “dəli dana” xəstəliyi də şəxsiyyət dəyişikliyinə, narahatlığa, depressiyaya və yaddaş itkisinə səbəb olan beyin xəstəliyidir. Kortəbii olaraq ortaya çıxa və ya irsi ola bilən xəstəliyin ölümlə nəticələnmə ehtimalı var. Marqarita pizza
Telegram kanalımız