Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Alimlər xəbərdarlıq edir: 40 ildən sonra Yer kürəsində buz dövrü başlayacaq

Dünya

08 May 2025 08:32 434


Rusiya və Finlandiya alimlərinin apardığı birgə araşdırma Yer kürəsinin yaxın onilliklərdə əhəmiyyətli dərəcədə soyuyacağını və bu prosesin yeni kiçik buz dövrünə səbəb ola biləcəyini göstərir.

Oxu.Az xəbər verir ki, bu barədə "Geosciences" elmi jurnalında dərc olunan məqalədə məlumat verilib.

Araşdırma Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi və Finlandiyanın Təbii Sərvətlər İnstitutunun alimləri tərəfindən aparılıb. Onlar son 7 600 ilə aid ağac halqalarının xronologiyasını təhlil edərək süni intellektin köməyi ilə Yer kürəsində növbəti ciddi soyuma dövrünün 2063-2073-cü illər arasında baş verə biləcəyini ehtimal ediblər. pizza

Alimlər qeyd edirlər ki, bu cür iqlim dəyişiklikləri əsasən günəş aktivliyinin azalması və böyük vulkan püskürmələri ilə əlaqələndirilir. Günəşin zəifləyən aktivliyi hazırda müşahidə edilən qlobal istiləşməni bir müddət ləngidə bilər, lakin uzunmüddətli perspektivdə bu, bəşəriyyət üçün ciddi fəsadlara yol aça bilər.

Tədqiqatın nəticələrinə görə, belə iqlim dəyişiklikləri 300-400 ildən bir təkrarlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!