Alimlərdən koronavirusla bağlı nikbin proqnoz:   Aktivlik azalacaq

saytların hazırlanması

Evə çatdırılma

Alimlərdən koronavirusla bağlı nikbin proqnoz: Aktivlik azalacaq

Dünya

21 Fevral 2021 09:39 1062


Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.

Yenisabah.az xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

“SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun. pizza hut

Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər.

Bu, rəqəmlərdə belə görünür: ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi isə, yoluxma sürətini təxminən 4 faiz artırır. (Azərtac)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!