Alimpaşa Məmmədovun oğlu Beynəlxalq Bankı məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Alimpaşa Məmmədovun oğlu Beynəlxalq Bankı məhkəməyə verdi

Maraqlı

14 Dekabr 2022 15:03 825


"Şəmkir Səbət Ticarət Mərkəzi" MMC "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlı məhkəməyə müraciət edib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

"Şəmkir Səbət Ticarət Mərkəzi" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. pizza hut

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

"Şəmkir Səbət Ticarət Mərkəzi" MMC 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs edilən Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq icra başçısı Alimpaşa Məmmədov oğlu Adil Adilzadənindir.

A.Məmmədovun cinayət işində qeyd olunub ki, o, keçmiş icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib. 2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində A.Məmmədov da iştirak edib.

Xatırladaq ki, hazırda A.Məmmədovun cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!