“Allaha and olsun ki, ona ürəyim yandı” – Brilliant yenə Osmanqızıdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Allaha and olsun ki, ona ürəyim yandı” – Brilliant yenə Osmanqızıdan danışdı

Şou

29 İyul 2020 10:32 2243


Xalq artisti Brilliant Dadaşova ilə jurnalist Sevinc Osmanqızı arasında qalmaqal davam edir. 

Yenisabah.az xəbər verir ki, B.Dadaşova sosial şəbəkədə S.Osmanqızının psixi xəstəliyi olması barədə gedən xəbərlərə münasibət bildirib.

Xanım sənətçi ona şəfa dilədiyini bildirib: pizza mizza

"Uman yerdən küsərlər deyib, normal insan və həmvətənimiz bilib görün kimə baş qoşmuşam. Mən də deyirəm axı ilk statusumda heç bir təhqiramiz söz işlətmədiyim halda normal insan bayrağımızı tapdalayanlara ünvanladığım sözü necə öz üzərinə götürə bilər? Üstəlik də səhifəsində “cavab” olaraq haqqımda yazdığı mövcud mövzuya və şəxsən mənə heç bir aidiyyatı olmayan, uydurmaca statusu dostlarım mənə yollayanda təəccüblənmişdim. Həm yazdığı bu mövzuya aidiyyatı olmayan məntiqsiz cavabdan, həm də bu videodakı Göz hərəkətindən indi hər şey aydın oldu. Allahımıza and olsun ki, ona ürəyim yandı. Bütün xəstələrə Allahdan şəfa diləyirəm!"

Xatırladaq ki, tərəflər arasında qalmaqal S.Osmanqızının sənətçi haqda "Brilliant Dadaşova deyir ki, S.Osmanqızının başını qoparıb, ətini didərəm. Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" - deyə fikir bildirməsindən sonra yaranıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!