“Allahdan qorxun, insanların həyatı ilə oynamayın!“   - “Pişik“ Günel

saytların hazırlanması

Evə çatdırılma

“Allahdan qorxun, insanların həyatı ilə oynamayın!“ - “Pişik“ Günel

Şou

29 Mart 2021 11:36 2739


“Pişik” Günel ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova koronavirusa yoluxduğu qənaətinə gəlib.

Yenisabah.az xəbər verir ki, bir neçə gündür səhhəti pisləşən ifaçı koronavirus testi verib. Bu barədə danışan Günel üç gündür cavabın gəlmədiyini deyib:

“Artıq üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, evdə sistemlər qoyulur, amma yenə də vəziyyətin ağırdır. Özümü çox pis hiss edirəm. Yaxmamın cavabı hələ də gəlməyib, bilmirəm, COVİD-19-a yoluxmuşam, ya yox... Ölkəmizdə səhiyyə çox bərbaddır. Zamanında gəlib xəstəyə müdaxilə etsələr, yoluxma sayı bu qədər artmaz, insanlar dünyasını dəyişməz”. pizza hut

O, yoluxma sayına görə Səhiyyə Nazirliyini və TƏBİB-i ittiham edib:

“Bunların hamısının günahkarı Səhiyyə Nazirliyi, onların işçiləri və TƏBİB-dir! İnsan həyatı bu qədərmi ucuzdur?! Mən söz tapa bilmirəm. Allahdan qorxun, insanların həyatı ilə bu qədər oynamayın. Səhiyyə Nazirliyi xəstələnən insanları pulsuz müayinə etməlidir, camaatın çörək almağa pulu yoxdur! Yazıq kasıb insan deyil? Kasıb yaşamalı deyil? Ölməlidir? Bir az vicdanınız olsun”.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!