Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir

saytların hazırlanması

Evə çatdırılma

Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir

Siyasət

31 Avqust 2025 11:43 2225


Allah dedi ki, Rusiya hələ 16-17 il döyüşməlidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı filosof Aleksandr Dugin “Kremlyovskaya Tabakerka” Teleqram kanalına deyib.

“Mənə Allahdan bir vəhy gəldi. Tam ciddi deyirəm, Allahı ənənəvi rus geyimində gördüm, mənimlə danışdı. Və dedi ki, Rusiya daha 16-17 il döyüşəcək. Müharibədən sonrakı çətinliklər dövrü olacaq və yalnız bundan sonra çiçəklənmə, Rusiyanın bütün dünyada gücü bərqərar olacaq”, - Dugin kanala açıqlamasında bildirib. Dominos pizza

Dugin onun sözlərindən şübhə etməməyi istəyib və vurğulayıb ki, artıq bu məsələni Vladimir Putinə çatdırıb.

“Kremldə bizə Duginin bu yaxınlarda bəzi məlumatları prezidentə ötürdüyünü təsdiqlədilər, lakin hansı məlumatlar verilib, dəqiqləşdirmədilər”, - kanal yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!