Allahşükür Paşazadə: “Gürcüstan ən ağır günlərdə həmişə Azərbaycanın yanında olub“

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Paşazadə: “Gürcüstan ən ağır günlərdə həmişə Azərbaycanın yanında olub“

Maraqlı

23 İyul 2022 16:27 909


"Gürcüstan hər zaman ağır günlərdə, 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın yanında olub". 

“Report”un yerli bürosu xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan Ermənistandan fərqli olaraq öz müqəddəratlarını məhz özləri müəyyən edirlər. pizza mizza

Gürcüstan Patriarxı II İlya ilə münasibətlərinə toxunan QMİ sədri dini liderin dostluq və qardaşlıqda sadiq adam olduğunu deyib: "II İlya həzrətləri həmişə Azərbaycanın yanında olub, həm Gürcüstan daxilində və xaricində bizi, Azərbaycanın haqq işini dəstəkləyib. Buna görə də Azərbaycan və dövləti ona minnətdardır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!