Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Sosial

13 Sentyabr 2025 12:59 260


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək.

Yenisabah.az report-a istinadən xəbər verir ki, səfər zamanı A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabr 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək. Pepperoni pizza

A.Paşazadənin həmçinin, sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxışı gözlənilir.

Qeyd edilib ki, nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu "Dinlərin dialoqu – gələcək naminə sinerji"dir.

Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!