Şeyx: “Səfirliyə qarşı vandalizm xalqa hörmətsizlikdir“

saytların hazırlanması

Evə çatdırılma

Şeyx: “Səfirliyə qarşı vandalizm xalqa hörmətsizlikdir“

Din

08 Avqust 2022 12:17 3136


"Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir".

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Azərbaycan bayrağını təhqir etmək xalqı təhqir etmək qədərdir. Bunun cavabını xalq verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə mənə zəng edib narazılıqlarını bildirdilər. Türkiyənin Dini İşlər İdarəsi Azərbaycan xalqının yanında olduğunu bildirdi. Türkdilli dövlətlərin dini liderləri ilə də danışığım oldu. Onlar da telefonda məni dəstəklədilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar", - deyə şeyxülislam vurğulayıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!