“Real Madrid” klubunun almaniyalı yarımmüdafiəçisi Toni Kroossun sonuncu paylaşımı sosial şəbəkələrdə gülüşlə qarşılanıb.
Yenisabah.az MARCA-ya istinadla xəbər verir ki, alman ulduz sonuncu paylaşımında futbol formalarında olan yaxalıqlardan gileylənib.
“Polo yaxalı futbol forması olmaz. Bütün dizaynerlərə səslənirəm, bu, həqiqətən bərbaddır. Eləcə də yaxalığı olan futbol formaları çox narahatedici və çirkindirlər”, – deyə o, sosial şəbəkə hesabında paylaşıb. Sezar pizza
Xatırladaq ki, Krossun bu paylaşımı sosial şəbəkələrdə istehza ilə qarşılanıb. Azarkeşlər almaniyalı oyunçunun bu kimi mənasız mövzulara toxunduğunu qeyd edərək onu məsxərəyə qoyublar.
Telegram kanalımız