Almaniya çılpaqlar çimərliyi ilə bağlı yeni qaydalar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya çılpaqlar çimərliyi ilə bağlı yeni qaydalar qəbul etdi

Dünya

03 Mart 2025 12:28 542


Almaniyanın məşhur istirahət məkanı Rostokda növbəti mövsümdən etibarən çılpaq çimərliklərdə daha sərt qaydalar qüvvəyə minəcək. Yeni qaydalara əsasən, bəzi xüsusi çimərlik zonalarında çılpaq olmaq məcburi olacaq və burada geyimli gəzmək qadağan ediləcək.

Yenisabah.az xəbər verir ki, Rostok şəhərinin çimərlik nəzarətçiləri artıq çılpaqlara məxsus sahillərdə geyimli insanları ərazidən uzaqlaşdırmaq səlahiyyətinə sahibdirlər. Şəhər rəsmilərinin CNN-ə verdiyi məlumata görə, bu qərarın əsas səbəbi çılpaq çimərlik istifadəçiləri ilə geyimli istirahət edənlər arasında yaranan mübahisələr olub.

Təlimatda “Çılpaq çimərlik sahələrində geyimli şəkildə dənizə girmək və günəşlənmək qadağandır” ifadəsi yer alıb. Dominos pizza

Rostokun 15 kilometrlik çimərlik sahəsi çılpaqlar üçün xüsusi, qarışıq və yalnız geyimli şəxslər üçün nəzərdə tutulan hissələrə bölünüb. Bu bölgü ziyarətçilərin rahatlığını təmin etmək məqsədi daşıyır.

Almaniyada natürizm mədəniyyəti uzun illərdir populyar olsa da, gənc nəsil arasında bu ənənəyə maraq azalır. Məhz bu səbəbdən şəhər rəhbərliyi çılpaq çimərliklərin sayını 37-dən 27-yə endirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!