Almaniya Əfqanıstanda 17 milyard avrodan çox vəsait xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Əfqanıstanda 17 milyard avrodan çox vəsait xərcləyib

Dünya

05 Oktyabr 2021 15:30 773


2001-ci ildən 2021-ci ilin avqustuna qədər Almaniya hökuməti Əfqanıstandakı missiyaya 17,3 milyard avrodan çox vəsait xərcləyib.

Yenisabah.az DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə federal hökumət Azad Demokrat Partiyasının (FDP) parlament sorğusunda məlumat yayılıb.

Ən böyük xərclər hərbi personalın saxlanması üçün olub:  Dördpendirli pizza

"Bundesverin 2001-ci ildən 31 avqust 2021-ci ilə qədər Müdafiə Nazirliyinin bir bölümü tərəfindən həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF), "Sonsuz Azadlıq Əməliyyatı və [NATO-nun Əfqanıstandakı missiyası] Qətiyyətli Dəstək"də iştirakı ümumən yerləşdirilməsi ilə əlaqədar təxminən 12.3 milyard avro əlavə xərclər tələb olunub".

Eyni zamanda, aydınlaşıb ki, Almaniya Xarici İşlər Nazirliyi müxtəlif layihələrlə bağlı kadrların saxlanmasına və maddi xərclərə təxminən 2,48 milyard avro vəsait ayırıb. Lakin bu məbləğə XİN-in şəxsi heyəti və əməliyyat xərcləri daxil deyil.

Bundan əlavə, 20 il ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Əfqanıstana təxminən 2,46 milyard avro, Qida və Kənd Təsərrüfatı Nazirliyi isə təxminən 33 milyon avro xərcləyib.

Hesabata Federal Kəşfiyyat Xidmətinin Əfqanıstana dair vəsait daxil deyil: 

"Müvafiq məlumatların açıqlanması Federal Kəşfiyyat Xidmətinin vəzifələrinin yerinə yetirilməsini ciddi şəkildə çətinləşdirəcək və bu da öz növbəsində, Almaniya Federativ Respublikasının təhlükəsizliyini təhdid edə bilər və ya maraqlarına ciddi ziyan vura bilər".

İyun ayının sonunda Almaniya silahlı qüvvələri 20 il sonra "Əfqanıstanda Qətiyyətli Dəstək" missiyasında iştiraklarını tamamlayıb.

Əfqanıstanda əməliyyat 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə ölkədəki Qərb qüvvələrinin sayı 150 min nəfəri keçib. Keçən il Əfqanıstanda alman kontingentinin əksəriyyəti hərbi təlimatçı olan təxminən 1000 hərbçi var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!