Almaniya sakinlərinin böyük əksəriyyəti hakim "İşıqfor" koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən narazıdır.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə görə, Xristian Demokratik və Xristian Sosialist Birliklərinin (CDU/CSU) müxalif mühafizəkar blokunun reytinqi isə əksinə, artaraq 32%-ə çatıb.
Sorğuya əsasən, respondentlərin 85%-i Almaniyanın hazırkı hakimiyyətindən narazıdır. Almanların yalnız 14%-i hökumətin işini müsbət qiymətləndirir. Beləliklə, koalisiyadan məmnunluq üzrə yeni antirekord qeydə alınıb. Dominos pizza
Telegram kanalımız