Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Erzgebirge” klubu ilə yeni müqavilə imzalayacaq.
Yenisabah.az xəbər verir ki, bunu 3-cü Bundesliqa təmsilçisinin idman direktoru Mattias Heydrix "TAG24"ə açıqlamasında deyib.
O, 33 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Antonio Jonjiçlə də sözləşməni uzatmaq istədiklərini bildirib. Klub rəsmisi bu futbolçuların mövsüm ərzindəki çıxışları ilə diqqəti cəlb etdiklərini deyib. pizza hut
Qeyd edək ki, 2016-cı ildən “Erzgebirge”də çıxış edən Dmitri Nazarovun Aue təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Telegram kanalımız