Almaniya ordusu artan Rusiya təhdidi ilə əlaqədar olaraq, yenidən formalaşdırılır. Ötən ay müdafiə və hərbi sənaye xərclərinə 500 milyard avro ayıran Bundestaqın əsas problemi hərbçi çatışmazlığı ilə bağlıdır.
Yenisabah.az xəbər verir ki, Almaniya il ərzində 203 min nəfər hərbi kontingentin cəlb edilməsini planlaşdırsa da, cəmi 180 min hərbçi resursuna çata bilib. Onların isə 45 min nəfəri daimi və peşəkar hərbi qulluqçudur.
Qeyd edək ki, hazırda Avropa miqyasında Fransa bütün hərbi komponentlərdə Almaniyanı qabaqlayır. Bir zamanlar dünyanın ən mükəmməl ordusuna malik olan almanların hərbi sahəyə bu qədər biganə olması qitənin təhlükəsizliyi üçün ciddi narahatlığa səbəb olur. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız