Almaniya Ukraynaya 5 milyard avro yardım ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya 5 milyard avro yardım ayırdı

Dünya

28 May 2025 21:59 472


Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım göstərməyə razılıq verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Almaniya müdafiə naziri Boris Pistorius və Ukrayna müdafiə naziri Rüstəm Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların maliyyələşdirilməsinə dair saziş imzalayıblar. pizza

Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənayesi arasında da müqavilə imzalanıb.

Ukrayna Silahlı Qüvvələrinə yeni dəstəyin ümumi məbləği təxminən 5 milyard avro təşkil edəcək. Maliyyə Bundestaq tərəfindən artıq təsdiqlənmiş vəsaitdən ayrılacaq./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!