Almaniya vətəndaşlığını almaq üçün şərtlər çətinləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya vətəndaşlığını almaq üçün şərtlər çətinləşdirildi

Dünya

09 Oktyabr 2025 00:50 416


Almaniya parlamentinin aşağı palatası əcnəbilərə vətəndaşlıq verilməsinin sürətləndirilməsi prosedurunun ləğvinin lehinə səs verib.

Oxu.Az bu barədə "Zeit" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, yeni qaydaya əsasən, Almaniya pasportunu almaq istəyən şəxslər ölkədə əvvəlki kimi üç il deyil, azı beş il yaşamalıdırlar. Sezar pizza

Qeyd edək ki, sürətləndirilmiş vətəndaşlıq mexanizmi 2024-cü ilin iyun ayında, sabiq kansler Olaf Şolts hökuməti dövründə tətbiq edilmişdi. O zaman Almaniya vətəndaşlarının həyat yoldaşları və mühüm nailiyyətləri olan şəxslər bu prosedur vasitəsilə daha qısa müddətdə vətəndaşlıq əldə edə bilərdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!