Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürdü

saytların hazırlanması

Evə çatdırılma

Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürdü

Dünya

21 İyun 2025 14:15 346


Almaniya Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehrandan Almaniya səfirliyini müvəqqəti olaraq qonşu ölkəyə köçürmək qərarına gəlib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalına Almaniya XİN-dəki mənbə bildirib.

Diplomatik missiyasının hansı ölkəyə köçürüldüyü rəsmi olaraq açıqlanmır. Marqarita pizza

Nazirlik əməkdaşların təhlükəsizliyinin əsas prioritet olduğunu qeyd edib.

"Yaxın Şərqdəki xarici nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yerlər üçün əlavə zəruri tədbirlər qəbul edilib", - mənbə vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!