Almaniyada Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başladı

Maraqlı

11 Yanvar 2021 15:56 1095


Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı "Varliq-Fonds" e.V. (“Varlıq” Fondu) fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, yanvar ayının 10-da Almaniyada “Varlıq” fondunun təsis yığıncağı keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan "Varliq-Fonds” e.V." ictimai birliyinin ilk təsis toplantısı Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək işinə başlayıb. Şəhidlərimizin əbədi xatirəsinə dərin ehtiramın təcəssümü olaraq yaradılan “Varlıq” fondunun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardımın təşkili və təmin edilməsidir. Dominos pizza

Yığıncaqda qeyd olunub ki, “Varlıq” fondu öz fəaliyyətində həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan azərbaycanlıları və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaqdır.

Daha sonra, yığıncaqda, xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirilib. Səsvermə nəticəsində, Almaniyada təsis edilmiş ilk Azərbaycan xeyriyyə təşkilatı olan “Varlıq” fondunun sədri Dr.Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli İdarə Heyətinə seçilib.

“Varliq-Fonds” e.V xeyriyyə təşkilatı Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək. Fondun fəaliyyət dairəsi geniş olub Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!