Almaniyada azərbaycanlı ailə məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada azərbaycanlı ailə məhkəməyə verildi

Maraqlı

06 Oktyabr 2022 13:02 943


2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq alan azərbaycanlı ailə deportasiya edilə bilər. 

“Report”un Avropa bürosunun məlumatına görə, buna səbəb ailənin 2018-ci ildə Azərbaycana səfəridir.

Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhər yerli idarə məhkəməsində ötən gün sözügedən işlə bağlı hazırlıq iclası keçirilib. Marqarita pizza

Qeyd olunub ki, Bonn şəhərində yaşayan ailənin üzvləri Azərbaycana səfərləri barədə Əcnəbilərlə iş üzrə Federal İdarənin yerli şöbəsinə məlumat verməyiblər.

Onlar ikinci dəfə üçün Almaniyada yaşamaq icazəsi almaqla bağlı federal idarəyə müracət edən zaman Azərbaycana aid pasportlarını təqdim etməyiblər.

Məhkəmənin hazırlıq iclasında bildirilib ki, ölkəsinə gedib-gələ bilən əcnəbilər qaçqın statusundan məhrum edilirlər.

Qanunun tələbi isə həmin şəxslərin ölkədən deportasiyasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!