Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - FOTO

Hadisə

21 Yanvar 2024 09:26 7932


Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi 4 nəfər Moldava vətəndaşı döyüb, ağır xəsarətlər yetiriblər.

Məlumata görə, hadisə restoranların birində baş verib. Molovalılar restorandan istirahət edən türk vətəndaşına rusça ağır söyüşlər söyüblər. Əhliman rusça bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, 4 nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçayla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir. pizza

Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramil
    Hitlerin nəvələri nə üçün qudurublar
    2 years ago