Almaniyada dönər kababının bir porsunun qiymətinin 10 avroya (təxminən 20 manat) qalxması ölkədə narazılığa səbəb olub.
Yenisabah.az xəbər verir ki, Almaniya hökuməti bununla bağlı rəsmi İnstagram hesabında açıqlama ilə çıxış edib. Açıqlamada deyilir:
“Dönərin niyə bu qədər baha olmasıyla bağlı suallar var. Bunun səbəblərini və qarşısını necə almağa çalışdığımızı sizə açıqlayacayıq”, - deyə paylaşımda qeyd edilib. Pepperoni pizza
Almaniya hökuməti ölkədə dönərin bahalaşmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib. Buna qida və enerji qiymətlərin artmasının səbəb olduğu bildirilib.
Şəhla AĞAZADƏ
Telegram kanalımız