Almaniyada həbs: Danimarkalı İran kəşfiyyatına işləyirmiş

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada həbs: Danimarkalı İran kəşfiyyatına işləyirmiş

Dünya

01 İyul 2025 15:34 311


Danimarka hakimiyyəti Almaniyada İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən bir vətəndaşını saxlayıb.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, saxlanılan şəxs hazırda Almaniyaya ekstradisiyasını gözləyir və orada mühakimə olunacaq.

Ekstradisiyanın vaxtı hələlik məlum deyil. Toyuqlu pizza

Almaniya prokurorluğunun bildirdiyinə görə, həmin şəxs İran kəşfiyyatının tapşırığı ilə Berlində yəhudilərin toplaşdığı yerlər və ayrı-ayrı şəxslər haqqında, ehtimal ki, hücumlar hazırlamaq məqsədi ilə məlumatlar toplayıb. Xüsusilə, iyun ayında o, Almaniyanın paytaxtında 3 evi izləyib.

Şübhəli ötən Cümə axşamı Danimarkanın Orhus şəhərində saxlanılıb. Onun tam adı açıqlanmayıb; mediada “Ali S.” adı ilə qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!