Almaniyada KURYOZ: “Bavariya“ 12 futbolçu ilə oynadı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada KURYOZ: “Bavariya“ 12 futbolçu ilə oynadı

İdman

03 Aprel 2022 11:30 491


Almaniya Bundesliqasının 28-ci turunda dünən keçirilən "Frayburq" - "Bavariya" oyununda (1:4) futbolda nadir hallarda rast gəlinən hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, Münhen təmsilçisi matçın sonlarına yaxın bir neçə saniyə 12 futbolçu ilə oynayıb. Bu, qonaq komandanın oyunçu dəyişikliyi etməsindən sonra baş verib.  84-cü və 85-ci dəqiqələrdə “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də “Bavariya” meydanda 12 oyunçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. "Bavariya"nın təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. 

Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub. Dominos pizza

Matçdan sonra Naqelsmann baş verənlərlə bağlı deyib: “Ehtiyat hakim səhv nömrə göstərdi.   Koman oyundan çıxmalı olduğunu bilmirdi. Düşünürəm ki, 12 oyunçu ilə matç 8 və ya 9 saniyə çəkdi. Bu, bir az qəribə hadisədir. Azarkeşlərin bu haqda danışması normaldır. Kimin günahkar olduğunu bilirəm, amma ad çəkməyəcəm. Qələbə qazandığımız üçün xoşbəxtəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!