Almaniyanın Xerdeke şəhərinin yeni seçilmiş meri İris Ştalserə hücumu onun 17 yaşlı övladlığa götürdüyü qızı həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Cinayətkarın kimliyi barədə məlumatı Ştalser özü istintaqa ifadə verərkən açıqlayıb. pizza hut
Hüquq-mühafizə orqanları məmurun 15 yaşlı övladlığa götürdüyü oğlunun otağında mətbəx bıçağı aşkarlayıblar. Bundan əlavə, onun bel çantasında qan izləri və qanlı geyim tapılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin paltarlar siyasətçinin 17 yaşlı övladlığa götürdüyü qızına məxsusdur.
Qeyd edək ki, qadın mer çərşənbə axşamı hücuma məruz qalıb. Ona 13 bıçaq zərbəsi ilə ciddi xəsarət yetirilib.
Telegram kanalımız